Sizin reklam burada
Sizin reklam burada

Mingəçevirdə idarəetmədən çıxan avtomobil aşıb – FOTO

Mingəçevirdə idarəetmədən çıxan avtomobil aşıb – FOTO



Mingəçevirin yeni köçkün şəhərciyinin önündən keçən yolda avtomobil qəzası baş verib.

Hərəkətdə olan “VAZ 2199” markalı maşının önünə anidən azyaşlının çıxması sürücünün idarəetməni itirməsinə səbəb olub.

Sürücü piyadanı vurmamaq üçün manevr edərək avtomobilin istiqamətini dəyişməyə məcbur olub. Bu zaman avtomobil yol qırağındakı maneələrə və ağaclara çırpılaraq aşıb.

Sürücü və maşında olan sərnişin yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş