Sizin reklam burada
Sizin reklam burada

Soyuqdəymə zamanı hansı qidalardan imtina etməliyik?

Soyuqdəymə zamanı hansı qidalardan imtina etməliyik?



Rusiyalı həkim-dietoloq Marina Apletayeva soyuqdəymə zamanı yataq rejimi və düzgün qidalanmanın vacib olduğunu deyib.

Bu baxımdan, o, xəstəlik zamanı rasiondan çıxarılması lazım olan qidaları sadalayıb.

Mütəxəssisin sözlərinə görə, soyuqdəymə zamanı ədviyyatlı, həddindən artıq duzlu və yağlı qidalar yeməmək daha yaxşıdır. Həm də bəzi marinadlaşmış qidaları qəbul etməmək lazımdır. Məsələn, turşu pomidor və xiyarı. Bu qidalar bədəndəki iltihabı şiddətləndirə və susuzluğa səbəb ola bilər.

Çox bibərli yeməklərdən də müvəqqəti olaraq imtina etmək daha yaxşıdır. Eyni şey qırmızı ətə də - donuz, dana və ya quzu - aiddir. Bədən həddindən artıq yağlı qidaların həzm edilməsi üçün çox enerji sərf edir. Soyuqdəymə zamanı virusla mübarizə aparmaq üçün orqanizmin enerjiyə ehtiyacı var.

Kəskin respirator virus xəstəlikləri zamanı spirtli içki qəbul etməmək lazımdır və qəhvəni azaltmaq daha yaxşıdır. Yalnız güclü tempratur və zəiflik olmadığı zaman bir-iki fincan qəhvə içə bilərsiniz. Alkol bədəni susuzlaşdırır. O eyni zamanda qanda trombun meydana gəlməsinə də kömək edə bilər.

Mənbə: “Ridus”

  • Sosial şəbəkədə paylaş