Sizin reklam burada
Sizin reklam burada

Vətən müharibəsi şəhidinin doğum günüdür - FOTO

Vətən müharibəsi şəhidinin doğum günüdür - FOTO



Bu gün Vətən müharibəsi şəhidi İlkin Elxan oğlu Ağakişiyevin doğum günüdür.

Oxu.Az xəbər verir ki, o, 17 sentyabr 1995-ci ildə Mingəçevir şəhərində anadan olub. İsmət Qayıbov adına 10 nömrəli tam orta məktəbi bitirən İlkin 2013-2017-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsil alıb. 2017-2018-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edən qəhrəmanımız oktyabrın 8-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Uzun müddətdən sonra nəşi tapılaraq ailəsinə verilən şəhidimiz noyabrın 27-də Mingəçevirdə Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ