Sizin reklam burada
Sizin reklam burada

Sabiq sədr müavini 21 min manatlıq dələduzluğa görə tutuldu

Sabiq sədr müavini 21 min manatlıq dələduzluğa görə tutuldu




Quba rayonu Zizik bələdiyyəsinin sabiq sədr müavini Mahir Bayramovun dələduzluq etməsi ilə bağlı rayon prokurorluğuna daxil olan vətəndaş müraciəti əsasında araşdırma aparılıb.

Quba Rayon Prokurorluğunda aparılan araşdırma zamanı müəyyən edilib ki, Mahir Bayramov öz qulluq mövqeyindən istifadə edərək vətəndaşa Quba rayonu, Qudyalçay çayının yatağında yerləşən 10 hektar torpaq sahəsinin icarəyə verilməsinə köməklik edəcəyi barədə yalan vədlər verərək Quba Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə vermək adı ilə ondan ümumilikdə 21 min manat məbləğində pul vəsaitini alaraq dələduzluq edib, həmçinin bu əməli ilə də vətəndaşı rüşvət verməyə təhrik edib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.

Mahir Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

  • Sosial şəbəkədə paylaş