Sizin reklam burada
Sizin reklam burada

Türkiyədə 130 terror aktının qarşısı alınıb

Türkiyədə 130 terror aktının qarşısı alınıb


Türkiyədə təkcə bu il ərzində 130 terror aktının qarşısı alınıb.

Bunu hakim Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çəlik brifinq zamanı bəyan edib.

O, qeyd olunan terror aktlarından 126-nın PKK, 3-nün İŞİD, birinin isə ifrat solçu qrup tərəfindən planlaşdırıldığını bildirib.

Partiya sözçüsü Türkiyənin Əfqanıstan siyasətinə də toxunub. O, bu ölkədə yeni qurulan hökumətin kifayət qədər əhatəli olmadığını, buna baxmayaraq Kabildəki Türkiyə səfirliyinin öz fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ