Sizin reklam burada
Sizin reklam burada

Ağdaşda COVID pasportu olmayan qonaqların toya girişinə icazə verilməyib

Ağdaşda COVID pasportu olmayan qonaqların toya girişinə icazə verilməyib


Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında təşkil edilən toy mərasimlərində keçirilən yoxlamalar zamanı qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, “Ağ saray”, “İnci”, “Ümid” və “Səma” şadlıq saraylarında mərasimə dəvət edilən qonaqlardan 50-sinin COVID pasportu olmadığı üçün onların saraya girişinə icazə verilməyib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ