Sizin reklam burada
Sizin reklam burada

İlham Əliyev Naftalan şəhər hava limanı ilə tanış oldu

İlham Əliyev Naftalan şəhər hava limanı ilə tanış oldu



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Naftalan şəhər hava limanı ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına hava limanı haqqında məlumat verilib.

Bildirilib ki, Naftalan hava limanının tikintisinə 1975-ci ildə başlanılıb və 1977-ci ildə istismara verilib. Hava limanının fəaliyyəti 1997-ci ildə dayandırılıb. Limanın ərazisi sənəd üzrə 47 hektar, faktiki hasarlanmış ərazisi isə 58,8 hektardır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 1370 metr, eni isə 35 metrdir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ