Sizin reklam burada
Sizin reklam burada

Könül Nurullayeva: “Azərbaycan və Rusiya geosiyasi reallıqlara ortaq mövqedən yanaşır”

Könül Nurullayeva: “Azərbaycan və Rusiya geosiyasi reallıqlara ortaq mövqedən yanaşır”

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri, rusiyalı həmkarı Vladimir Putinlə görüşdə səslənən bəaynatlardan aydın oldu ki, iki dövlət arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir. Ən əsas məsələ isə ondan ibarətdir ki, hər iki ölkənin regional, təhlükəsizlik və digər məsələlər üzrə mövqeləri üst-üstə düşür. Ölkələrimiz arasında qarşılıqlı siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün siyasi iradə mövcuddur.

Görüşdə diqqət çəkən əsas məqamlardan biri Azərbaycan və Rusiya prezidentləri arasında səmimi, konstruktiv və ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş müzakirələr aparılması oldu. Bu, iki dövlət başçısı arasında şəxsi münasibətlərin, ikitərəfli əlaqələrin və geosiyasi reallıqlara yanaşmada ortaq mövqeyin xarakterindən irəli gəlir.

Biz bu görüşə postmünaqişə dövrü prizmasından baxdıqda daha vacib məqamların üzərində dayanmaq zərurəti yaranır. Bakı və Moskva 2020-ci il 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirir. Nəzərə alsaq ki, bu razılaşma həmçinin bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin - Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur. Bu, o deməkdir ki, Rusiya da təkcə dəmiryolu deyil, həm də paralel şəkildə avtomobil nəqliyyatının hərəkətini nəzərdə tutan Zəngəzur dəhlizinin açıqlamasında maraqlıdır. Görünən budur ki, Ermənistanın bu dəhlizin açılmasına süni əngəl törətmək cəhdləri iflasa uğrayır. Məsələ burasındadır ki, 2020-ci il 10 noyabr razılaşmasının icrasına əngəl törətmək istəyən kənar qüvvələr də az deyil. Əslində həmin qüvvələr bu yanaşma ilə regionda sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olmasında, qarşılıqlı etimad mühitinin yaradılmasında maraqlı olmadıqlarını göstərirlər. Amma regionun əsas lokomativi Azərbaycanın, eləcə də Rusiyanın qətiyyətli mövqeyi destruktiv cəhdlərin nəticə verməyəcəyinə əminlik yaradır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ