Sizin reklam burada
Sizin reklam burada

Tanınmış türkiyəli media mütəxəssisləri AzTV-də - FOTO

Tanınmış türkiyəli media mütəxəssisləri AzTV-də - FOTO


Türkiyənin “Haber Global” telekanalının 10 nəfərdən ibarət yaradıcı heyəti “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə təcrübə mübadiləsi proqramına gəlib.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, proqram iki həftəlikdir.

4 iyul tarixinə kimi müxtəlif sahələr üzrə ixtisaslaşmış türkiyəli mütəxəssislər AzTV, Mədəniyyət TV və İdman TV-nin əməkdaşları ilə təcrübə mübadiləsi aparacaqlar. Onların arasında tanınmış TV müxbiri Murat Karataş, xəbər operatoru Ünsal Çakın, işıq dizayneri Doğan İpek və digərləri var.

Proqram çərçivəsində qonaqlar Ağdamın işğaldan azad olunmuş ərazilərinə aparılacaq. Onlar Ağdam Cümə məscidi, Qarabağ xanlarının abidələr kompleksi, “İmarət” stadionu, Çörək muzeyi və digər məkanlarda olacaqlar.

Bundan başqa, türkiyəli mütəxəssislər Gəncəyə səfər edəcək, raket düşmüş ərazidə olacaqlar.
Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında birgə media platforması yaradılıb. Platforma çərçivəsində AzTV ilə “Haber Global” bir neçə dəfə ortaq yayıma çıxıblar.

Bu proqram da Azərbaycan Televiziyasının əlaqələri genişləndirmə yolunda atdığı addımlardan biridir. Bu çərçivədə xarici mütəxəssislər tədris prosesinə cəlb olunur, yerli kadrların hazırlığı istiqamətində konkret addımlar atılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ