Sizin reklam burada
Sizin reklam burada

"Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər

"Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər


Qazax RPŞ və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Daş Salahlı kəndi ərazisində yabanı halda bitmiş 2,5 tona yaxın çəkidə 6997 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.
Yardımlı RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Arvana kəndi ərazisində yabanı halda bitmiş 1,5 tona yaxın çəkidə 10247 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.

***
Goranboy RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Eyvazalılar kəndi ərazisində yabanı halda bitmiş çəkisi 2,1 tondan artıq olan 3170 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.

***
Xızı RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Sitalçay kənd sakini, əvvəllər məhkum olunmuş M.Muqbilova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu və 5 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.

***

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ