Sizin reklam burada
Sizin reklam burada

Türkiyədə futbol klubunun avtobusuna hücum edildi - FOTO

Türkiyədə futbol klubunun avtobusuna hücum edildi - FOTO



Türkiyənin birinci liqasında çıxış edən “Samsunspor” klubunun avtobusu bir qrup şəxs tərəfindən hücuma məruz qalıb.

Bu barədə “Demirören Haber Ajansı” (DHA) məlumat verib.

Hücum nəticəsində avtobusun şüşələri qırılıb.

Qeyd olunur ki, oyundan sonra “Samsunspor”un oyunçularını daşıyan avtobus Adanadakı otelə yollanıb.

Futbolçular nəqliyyat vasitəsindən endikdən sonra sürücü avtobusu daha təhlükəsiz yerdə park etmək istəyərkən avtobus kimliyi bilinməyən şəxslər tərəfindən hücuma məruz qalıb.

Xatırladaq ki, “Adanaspor” - “Samsunspor” qarşılaşması qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ