Sizin reklam burada
Sizin reklam burada

İsmayıllıda dayanma-durma qaydalarını pozan sürücülər barəsində protokol tərtib olunub – FOTO

İsmayıllıda dayanma-durma qaydalarını pozan sürücülər barəsində protokol tərtib olunub – FOTO


İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhərin müxtəlif küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən növbəti tədbir zamanı avtomobillərini müəyyən edilməyən yerlərdə park edən sürücülərlə izahedici söhbətlər aparıb.

Bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb. Həmin sürücülər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ