Sizin reklam burada
Sizin reklam burada

Cari ilin dörd ayında vətəndaşların 5169 şikayət ərizəsi cavablandırılıb - RƏSMİ

Cari ilin dörd ayında vətəndaşların 5169 şikayət ərizəsi cavablandırılıb - RƏSMİ


2021-ci ilin ötən dörd ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşlardan daxil olan 5169 şikayət məzmunlu ərizə cavablandırılıb.

Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2021-ci ilin yanvar-aprel ayına olan hesabatına əsasən, müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 2409 məktub da araşdırılaraq cavablandırılıb:

“Həmçinin 634 vətəndaş fərdi qaydada qəbul edilib və onların müxtəlif mövzularla bağlı ərizə, şikayət və sorğuları qəbul edilərək araşdırılmasının təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilib”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ