Sizin reklam burada
Sizin reklam burada

Bakı qəsəbələrində təhlükəli vəziyyət: Kanalizasiya sisteminin olmaması...

Bakı qəsəbələrində təhlükəli vəziyyət: Kanalizasiya sisteminin olmaması...


“Azərbaycanın indiyə kimi ən başlıca problemlərindən biri tullantı sularının normal qaydalara uyğun idarə olunmamasıdır”.

bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib.

Onun sözlərinə görə, Bakı şəhərinin 12 rayonunda təxminən 50-55 faizə qədər mərkəzləşdirilməmiş kanalizasiya şəbəkəsi olmalıdır:

“Orada toplanan tullantı sular sonda Xəzər dənizinə axıdılır. Bu problemin köklü surətdə həll olunması üçün investisiya qoyulmalıdır. Məsələ şəhərbəşəhər təmin olunmalıdır. Bakı şəhəri və bütün rayonların tullantı sularının idarəolunması ilə bağlı master plan mövcuddur. 30-a qədər rayonda və insanların sıx yaşadığı yerlərdə mərkəzləşdirilmiş nasosxana sistemi ilə birlikdə kanalizasiya sistemi qurulub, təmizləyici qurğular artıq fəaliyyət göstərir. Bu da yetərli deyil”.

“Bakı şəhərində müxtəlif qəsəbələrdə kanalizasiya şəbəkəsinin olmaması göllərin əhatə dairəsinin artmasına, müəyyən mənada ətrafın çirklənməsinə, o cümlədən atmosferin, torpaqların çirklənməsinə səbəb olur”, - deyə o əlavə edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ