Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda nə qədər insan taksidən istifadə edib? - RƏSMİ + FOTO

Azərbaycanda nə qədər insan taksidən istifadə edib? - RƏSMİ + FOTO



2021-ci ilin birinci rübü ərzində (yanvar-mart ayları) ölkədə sərnişin daşımaları ötən ilin müvafiq dövrünə nisbətən 42,5 faiz azalıb.

bu dövrdə nəqliyyatçılar tərəfindən 253,2 milyon sərnişinə xidmət göstərilib.

Sərnişinlərin 99,8 faizi avtomobil nəqliyyatı, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Avtomobil nəqliyyatından istifadə edən sərnişinlərin 92,6 faizi avtobus, 7,4 faizi isə taksilərin xidmətlərindən yararlanıb.

Belə ki, avtomobil nəqliyyatı vasitəsilə 252,6 milyon sərnişin daşınıb və sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz az olub.

Müvafiq dövrə 233,9 milyondan çox sərnişin avtobusdan istifadə edib ki, onların sayında 37,4 faiz azalma müşahidə olunub. Taksi xidmətlərindən istifadə edənlərin sayında isə artım olub. Bu dövrdə taksi ilə 18 milyon 624,3 min sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,4 faiz və ya 4 milyon 119,4 min daha çoxdur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ