Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan istehsalı olan maşınların sayı açıqlanıb - FOTO

Azərbaycan istehsalı olan maşınların sayı açıqlanıb - FOTO


Azərbaycan mart ayında minik avtomobili istehsalını fevral ayına nəzərən artırıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin yanvar-mart ayları ərzində ölkəmiz 408 ədəd minik avtomobili istehsal edib.

Bu istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 39,3 faiz və ya 264 ədəd azdır.

Təkcə mart ayında isə ölkədə 192 ədəd minik avtomobili istehsal edilib ki, bu da əvvəlki ayla müqayisədə 60 faiz və ya 72 ədəd çoxdur.Müvafiq dövr ərzində ölkəmizdə 90 ədəd traktor istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 ədəd və ya 5,9 faiz çoxdur. Təkcə mart ayında isə 39 ədəd traktor istehsal edilib.

Ümumilikdə isə 2021-ci ilin ilk üç ayı ərzində 60,6 milyon manatlıq maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı isə 2,4 dəfə artıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ