Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan İlahiyyat İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və pandemiya dövründə tədrisin məsafədən təşkili müzakirə olunub.
«ZOOM» proqramı vasitəsilə keçirilən iclasda İnstitut Elmi Şurasının üzvləri iştirak ediblər.
Aİİ rektoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, 2020/2021-ci tədris ili yaz semestri dərslərinin məsafədən təşkilinin uğurla davam etdiyini vurğulayıb.
Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov pandemiya dövründə yaz semestrində tədrisin təşkili, keyfiyyəti və səmərəliliyindən bəhs edib. M.Camalov tədris prosesində qarşıya çıxan problemlər barədə danışıb.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov “İlahiyyat nəşrləri” adı altında ötən dövr ərzində ali təhsil müəssisəsinin müəllim və əməkdaşlarının əməyi sayəsində dərc olunan kitablardan danışıb. O, magistratura və doktorantura səviyyələrinə qəbulla bağlı məsələlərə də toxunub, həmçinin İnstitutun kitabxanası və onun fəaliyyəti barədə məlumat verib.
Aİİ İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova yaz semestrində dərslərin məsafədən təşkili, tələbələrin dərsə davamiyyəti, kəmiyyət və keyfiyyət göstəricilərindən bəhs edib. Tələbələrin pandemiya dövründə asudə vaxtlarının təşkili çərçivəsində dekanlığın təşkil etdiyi “Rəhbərlik proqramı” çərçivəsində keçirdiyi vebinarlar barədə məlumat verib.
İnstitutun Tədris şöbəsinin müdiri Zərifə Əliyeva yaz semestri ərizndə tədrisin təşkili, qarşıya çıxan problemlər barədə danışıb.
Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova magistrant və doktorantların elmi konfranslarda iştirakına toxunaraq, yekun dövlət attestasiyasına hazırlıqla bağlı məlumat verib.
Daha sonra Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov çıxış edib. Kafedra müdiri keçən semestrin göstəricilərinə toxunub, ərəb dili üzrə təşkil olunan kurslar barədə məlumat verib.
Tələbə Elmi Cəmiyyətinin sədri Məmmədəli Babaşlı iclas iştirakçılarını salamladıqdan sonra, TEC-in fəaliyyəti, tələbələrlə mütəmadi keçirilən vebinarlar barədə ətraflı məlumat verib.
İclas müzakirələrlə davam edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ