Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan diasporunun dəstəyi ilə qazilərə əlil arabaları göndərilib - FOTO

Azərbaycan diasporunun dəstəyi ilə qazilərə əlil arabaları göndərilib - FOTO


Rusiya Federasiyasının Primorye diyarında fəaliyyət göstərən Azərbaycan diasporu Vətən müharibəsi qazilərinə dəstək məqsədilə əlil arabaları göndərib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, istər Vətən müharibəsi dövründə, istərsə də zəfərdən sonrakı zamanda xaricdə yaşayan soydaşlarımız daima dövlətimiz və ordumuzla birlikdə olduqlarını müxtəlif formatlarda ifadə edib.

Müharibə dövründə dövlətimizə və müharibədən zərər çəkmiş mülki vətəndaşlarımıza dəstəklərini ifadə edən soydaşlarımız, tarixi qələbəmizdən sonra da qazilərimizə mümkün dəstəyi göstərirlər. Göndərilən əlil arabaları qazilərə çatdırılması üçün müxtəlif qurumlara təhvil verilir.

Belə ki, qazilərə paylanılması üçün Salyan Rayon İcra Hakimiyyətinə səkkiz ədəd, Oğuz Rayon İcra Hakimiyyətinə beş ədəd, Sabunçu rayonundan seçilmiş millət vəkilinə beş ədəd, Göyçay rayonundan seçilmiş millət vəkilinə beş ədəd və Yaşat Fonduna 13 ədəd araba təhvil verilib.

Qeyd edək ki, əlil arabalarından 60 ədədi də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi vasitəsi ilə Naxçıvana yola salınıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ