Sizin reklam burada
Sizin reklam burada

Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini A.Əzimov fevralın 25-də Azadlıq prospektində bir nəfərin onun 2250 manat dəyərində mobil telefonunu açıq talama yolu ilə aldığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini N.Kərimov müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.

*
Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş T.Həsənov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 5 qrama yaxın metamfetamin götürülmüşdür.
Ətrafında aparılmış tədbirlərlə onun müxtəlif vaxtlarda 1 nəfərin cibindən, 9 nəfərin çantasından ümumilikdə 2845 manat pul, bank kartları və sənədlər oğurlaması da müəyyən edilmişdir.

*
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini X.Əbdülhüseynovdan nömrəsi silinmiş revolver tipli “Naqan” markalı silah götürülmüşdür.

*
Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Mahmudov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın heroin və metamfetamin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun Ramana qəsəbəsindəki evinin zirzəmisinə baxış zamanı oradan 1 kiloqram 100 qram heroin, elektron tərəzi və 1 ədəd müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş “İJ-K” markalı ov tüfəngi götürülmüşdür.

*
Nizami (Gəncə) RPİ-yə fevralın 22-də saat 5 radələrində Yeni Gəncə qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqəsinə gəlmiş maskalı şəxsin orada işləyən R.Ələkbərovu və H.Bağırovu bıçaqla hədələyib pul vermələrini tələb etməsi, lakin istədiyinə nail ola bilmədiyindən oranı yandırmağa cəhd göstərməsi barədə məlumat daxil olmuşdur.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini R.Tağıyev müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.

*
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də rayon ərazisində “Mitsubishi” markalı avtomobildən 25.000 manat pul və içərisində sənəd olan pulqabı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılmışdır.

Yalçın Hacızadə
Ana Vətən partiyası sədrinin müavini

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ