Karantin rejimi 2021-ci ilə qədər uzadılıla bilərmi? - AÇIQLAMA » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Karantin rejimi 2021-ci ilə qədər uzadılıla bilərmi? - AÇIQLAMA

Karantin rejimi 2021-ci ilə qədər uzadılıla bilərmi? - AÇIQLAMA

Müəllif: cavidan
//
27 May 2020
//
//

Karantin rejimi 2021-ci ilə qədər uzadılıla bilərmi? - AÇIQLAMA


Son həftələr koronavirusa yoluxanların sayı artdığına görə karantin rejiminin sərtləşdiriləcəyi ilə bağlı iddialar səsləndirilir. Hətta sosial şəbəkələrdə karantin rejiminin 2021-ci ildə də davam edəcəyi ilə bağlı iddialar səsləndirilir. Karantin rejimi 2021-ci ilə qədər uzadılıla bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat İlham Məmmədov bildirib ki, karantin rejimin uzadılması, yumaşldılması ilə bağlı qərarları dövlətimiz və Nazirlər Kabineti yanında Operativ Qərargah verir: "Kiminsə bu barədə hər hansı bir fikir səsləndirməsi düzgün olmaz. Təəssüf ki, sosial şəbəkələrdə ayrı-ayrı şəxslər, tanınmışlar belə məsuliyyətsiz çağırışlar edirlər. Hətta bu virusun olmaması ilə bağlı fikirlər səsləndirirlər. Dövlətimiz karantin rejiminə necə girmişdisə, eyni formada da yumşaldılaraq çıxacaq. Təəssüf ki, vətəndaşlarımız bu xəstəliyə çox məsuliyyətsiz yanaşırlar. Baxmayaraq ki, bu qədər maarifləndirmə işləri aparılır yenə də insanlarımız koronavirusun hansı fəsadlar törədə biləcəyində xəbərsizdilər. "COVİD 19" ilk olaraq qızdırma ilə başlayıb, sonra quru öskürəyə çevrilərək anidən ağciyər toxumalarını zədələmək gücünə malik olan bir virusdur. Bu elmə məlum olmayan virus növüdür. Koronavirus geniş virus növünə aid olan xəstəliklərdəndir. Onların bu günə kimi 6 növü məlum olub. "COVİD 19" 7-ci növ olaraq çox rahat şəkildə insandan-insana ötürülmək xüsusiyyətinə malikdir. Bundan əvvəlki virusla mutasiyaya uğrayaraq zəifləyib. Bu virusun məhv olması üçün illər lazım ola bilər. Necə ki, bundan əvvəlki viruslar payız və qış aylarında müxtəlif formalarda geri qayıdır, eyni qaydada "COVİD 19" xeyli müddətdə qalacağı güman edilir. Bu yaxınlarda cənab prezident ayrı-ayrı nəhəng beynəlxalq təşkilarların, nəhəng texnologiya şirkətlərinin rəhbərləri ilə görüşü zamanı hələ uzun müddət bu virusla yaşamağa hazır olmalı olduğumuzu bildirib. İnsanlarımız anlasınlar ki, hələ bu virus çəkilməyib. Bu virus payız və qış aylarında arta bilər. Bu müddət ərzində bu virusun özünü necə aparacağından xəbərsizsik. Biz gözəgörünməz düşmənlə mübarizə aparmağa hər an hazır olmalıyıq. Karantin rejim mərhələli şəkildə yumşaldılıb. Ayrı-ayrı müəssisələrin, xidmət sahələrinin fəaliyyətinə icazə verilib. Parklara çıxsanız görəcəksiniz ki, insanlar sosial məsafəni qorumadan, qoruyucu tibbi maskalardan və əlcəklərdən istifadə etmədən, sanki bu xəstəlik yoxmuş kimi davranırlar. Bu insanlarımızın məsuliyyətsizliyidir. Əgər payız-qış aylarında koronovirus yenə də artacaqsa təbii ki, dövlətimizin qərarı ilə karantin rejim yenidən sərtləşdirilə bilər. Amma məsuliyyətsizliyimizə görə karantin rejim uzadılırsa bu ölkə iqtisadiyyatına, insanlarımızın sosial və psixoloji durumuna çox ağır zərbə dəyir. Əlbəttə koronavirus tək bizim ölkənin problemi deyil. Bu gün bütün dünya bu virusla mübarizə aparır. Biz karantin rejimə qayıtmaq üçün deyil, bu virusdan canımızı qurtarmaq barəsində düşünməliyik. Düzdür, yoluxanlarla yanaşı sağalanların da sayı günbəgün artır. Əlbəttə biz dövlətimiz tərəfindən zamanında atılan addımlar sayəsində biz bu xəstəliyin ölkəmizdə geniş yayılmasının qarşısını ala bildik. Amma bu son demək deyil. Ona görə də pandemiyadan sonrakı həyatımız əvvəlki kimi olmamalıdır. Bizim normal həyata tez qayıtmağımız insanlarımızdan asılıdır. İnsanlarımız qoyulan qaydalara və Operativ Qərargahın tövsiyyələrinə əməl edərlərsə tezliklə normal həyatımıza qayıda bilərik".
Xəbər Lenti Giriş Populyar Reklam