Əməkdar artistimiz diqqətsizlikdən şikayətləndi » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» Əməkdar artistimiz diqqətsizlikdən şikayətləndi

Əməkdar artistimiz diqqətsizlikdən şikayətləndi

Müəllif: Anar
//
28 noyabr 2012
//
---
//

Əməkdar artistimiz diqqətsizlikdən şikayətləndi

Əməkdar artist Gülnar Salmanova müalicəsinin növbəti mərhələsindədir. Aktrisanın açıqlamasında ona diqqətin və qayğının az olduğundan şikayət edib: “Mən illərdir bu sənətdəyəm. Ancaq mənə qarşı olan münasibət, qayğı məni qane etmir. Səhhətimdəki problemlərə görə sənətdən uzaq düşmüşəm. Hal-hazırda müalicəmin növbəti mərhələsindəyəm, həkim nəzarətindəyəm. Sizinlə danışandan dərhal sonra müalicə almaq üçün xəstəxanaya gedəcəyəm”.

Aktrisa deyib ki, səhhətində olan problemlər onu hər kəsdən uzaq salıb: “Telekanallardan və saytlardan telefon zəngləri gəlir ki, Gülnar xanım sizinlə müsahibə götürmək istəyirik. Mən müsahibə vermək istəmirəm. Səbəbi isə budur ki, mən xəstəyəm. Müalicəmi aldıqdan sonra, hər kəs məni yenidən iş başında görəcək”.

Qeyd edək ki, 2001-ci ildə əməkdar artist fəxri adına layiq görülən aktrisa "Beşmanatlıq gəlin" də Naznaz, "Özümüz bilərik" də Ceyran, "Subaylarınızdan görəsiniz" də Çiçək, "Hicran"da Çarleston, "Bankir ədaxlı" da Maral, "Məhəbbət oyunu" da Ceyran, "Aldın payını, çağır dayını" tamaşasında At Balaxanım və bu kimi başqa obrazları ilə tanınıb.

Aktrisa ümumilikdə 178 tamaşada rol alıb.
Xəbər Lenti Giriş Populyar Reklam