Həmsədr: “Yaxın aylarda prezidentlərin görüşü gözlənilmir” » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» Həmsədr: “Yaxın aylarda prezidentlərin görüşü gözlənilmir”

Həmsədr: “Yaxın aylarda prezidentlərin görüşü gözlənilmir”

Müəllif: Anar
//
24 Kasım 2012
//
---
//

Həmsədr: “Yaxın aylarda prezidentlərin görüşü gözlənilmir”

Azərbaycan və Ermənistan prezidentlərinin yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüşü gözlənilmir.


APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov İrəvanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdən sonra jurnalistlərə bildirib. Diplomat təmasların hələlik xarici işlər nazirləri səviyyəsində davam etdiriləcəyini deyib.

Həmsədr yaxın vaxtlarda danışıqlar prosesində hansısa yeniliklərin baş verəcəyinə dair fikir bildirməkdən də çəkinib: “Hadisələrin necə inkişaf edəcəyini gözləyək”.

Öz növbəsində, amerikalı həmsədr Robert Bradtke qeyd edib ki, bu ilin iyul ayından Ermənistanda olmayıblar, bu səbəbdən də müzakirə etməli çox məsələ var.

“Bizim səfərin məqsədi bu ilin oktyabrında Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşdə təqdim olunmuş ideyaların necə istiqamət almasını öyrənməkdir”, - deyə R. Bradtke bildirib.

Qeyd edək ki, həmsədrlər dünən Ermənistan prezidenti Serj Sarkisyanla da görüşüblər.

Vasitəçilər Ermənistandan Azərbaycana gələcəklər. Onların noyabrın 26-da Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşü nəzərdə tutulur. Həmsədrlər səfərin yekunlarına dair bəyanatla çıxış edəcəklər.
Luella 24 Aralık 2016 23:13
Absolutely first rate and codopr-bottemep, gentlemen!

Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam