Qazaxda yanacaqdoldurma məntəqəsinə silahlı basqın » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» Qazaxda yanacaqdoldurma məntəqəsinə silahlı basqın

Qazaxda yanacaqdoldurma məntəqəsinə silahlı basqın

Müəllif: Anar
//
22 Kasım 2012
//
---
//

Qazaxda yanacaqdoldurma məntəqəsinə silahlı basqın

Noyabrın 21-də Qazaxda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Yuxarı Salahlı kəndi ərazisində fəaliyyət göstərən "Fərid" yanacaqdoldurma məntəqəsinə gələn maskalı 2 naməlum şəxs orada işləyən Cavanşir Bayramovu tapança və avtomat silahla hədələyərək əl-qolunu yapışqanlı kağızla bağlayıb. Quldurlar yanacaqdoldurma məntəqəsindən 4000 manat pul aparıblar.

Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Gürcüstan vətəndaşı Nodar Qaruçava tutulub. Hadisənin digər iştirakçılarının Anquli Apşilava və Aleksandre Apşilava olduğu müəyyən edilib. Nodar Qaruçavanın idarə etdiyi "Man" markalı avtomaşına baxış zamanı hadisə törədilərkən istifadə olunmuş 1 ədəd "AK" silahı, 1 ədəd "Revolver" markalı tapança, 1 ədəd süngü-bıçaq, 1 ədəd patron darağı, 30 ədəd avtomat və 6 ədəd tapança patronu aşkar edilərək götürülüb.
Xəbər Lenti Giriş Populyar Reklam