“Rabitə dünyası” qəzetinin 20 illiyi qeyd olunub » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» “Rabitə dünyası” qəzetinin 20 illiyi qeyd olunub

“Rabitə dünyası” qəzetinin 20 illiyi qeyd olunub

Müəllif: Anar
//
21 noyabr 2012
//
---
//

“Rabitə dünyası” qəzetinin 20 illiyi qeyd olunub

1992-ci ildə yaradılan nəşrin ilk nömrəsi dörd səhifədən ibarət olmaqla işıq üzü görüb və həftədə bir dəfə dərc edilib.

Tədbirdə dövlət orqanlarının nümayəndələri, rabitə müəssisə və birlik rəhbərləri, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, bu gün Azərbaycanda söz, mətbuat və məlumat azadlığı, siyasi plüralizm ictimai həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib, dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Əli Həsənov Azərbaycanda milli mətbuatın təşəkkül tapması tarixindən, bu sahədə Həsən bəy Zərdabinin banisi olduğu “Əkinçi” qəzetinin rolundan bəhs edib. Heydər Əliyev 1998-ci il 6 avqust tarixli fərmanı ilə mətbuat üzərində senzuranı ləğv etməklə Azərbaycanda söz azadlığının təməlini qoyub. Hazırda azad media ənənələri respublikada gündən-günə inkişaf edir.

Sonda Əli Həsənov qəzetin yaradıcı kollektivini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov və “Rabitə dünyası” qəzetinin baş redaktoru Müşfiq Əmirov bu mətbu nəşrin keçdiyi yoldan söhbət açıb, onun fəaliyyət istiqamətləri barədə məlumat veriblər.

Sonra “Rabitə dünyası” qəzetinin əməkdaşlarına Mətbuat Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin diplomları təqdim edilib. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Mətbuat Şurasının mükafatı ilə təltif olunub. Əli Abbasov qəzetin fəaliyyətini yüksək qiymətləndirib. Bildirilib ki, qəzetdə Azərbaycanda həyata keçirilən informasiya-kommunikasiya texnologiyaları (İKT) siyasəti, informasiya texnologiyalarının tətbiqi, informasiya cəmiyyətinin formalaşması, ölkənin regionlarında rabitə şəbəkəsinin vəziyyəti, yeniliklər, problemlər, beynəlxalq rabitə sistemi haqqında yazılar yer alıb. Nazir qəzetin kollektivini təbrik edərək əməkdaşlara gələcək işlərində uğurlar arzulayıb.

“Rabitə dünyası” qəzetinin baş redaktoru Müşfiq Əmirov yubilyar nəşrin keçdiyi yola nəzər salaraq bildirib ki, 1992-ci ildə yaradılan nəşrin ilk nömrəsi dörd səhifədən ibarət olmaqla işıq üzü görüb və həftədə bir dəfə dərc edilib. 20 illik fəaliyyəti dövründə qəzet ölkə mətbuatında özünəməxsus yer tutub və fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd edək ki, hazırda qəzet Azərbaycan dilində 36 səhifə və ingilis dillində 24 səhifədən ibarət olmaqla yüksək keyfiyyətli kağızda nəşr olunur.
Xəbər Lenti Giriş Populyar Reklam