DSMF proqnozu 110,6 faiz icra edib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» DSMF proqnozu 110,6 faiz icra edib

DSMF proqnozu 110,6 faiz icra edib

Müəllif: Anar
//
20 Kasım 2012
//
---
//

DSMF proqnozu 110,6 faiz icra edib

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2012-ci ilin yanvar-oktyabr aylarında gəlirləri 2 milyard 125,1 mln. manat təşkil edib. DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, bu, 2011-ci ilin müvafiq dövrünə nisbətən 408,4 mln. manat və ya 23,8 faiz çoxdur.

Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,6 faiz və ya 151,3 mln. manat artaraq 1118,4 mln. manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 61,5 faizi və ya 688,2 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilin ilk 10 ayının göstəricisinə nisbətən 19,4 faiz və ya 111,8 mln. manat artıb, proqnoz isə 110,6 faiz icra olunub. Ümumilikdə, Dövlət Sosial Müdafiə Fondu üzrə məcburi dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 100,5% icra edilib.

Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə əvvəlki ilin ilk 10 ayının göstəricisi ilə müqayisədə fiziki şəxslər üzrə daxilolmalar 22,1 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 40,1 faiz artıb. 2012-ci ilin yanvar-oktyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 430,2 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,1 faiz və ya 39,5 mln. manat artıb. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

Bu ilin yanvar-oktyabr aylarında DSMF-in xərcləri 2027,1 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1 milyard 989,1 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 338,9 mln. manat və ya 20,5 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 20,9 faiz və ya 336,2 mln. manat artaraq 1 milyard 943,1 mln. manat təşkil edib. 2012-ci ilin yanvar-oktyabr aylarında əhaliyə məcburi dövlət sosial sığortası hesabına 46 mln. manat məbləğində müavinət ödənilib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam