“MediaMən – jurnalistika üzrə ustad təlimlərin təşkili layihəsi” çərçivəsində təlimlər keçirilib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» “MediaMən – jurnalistika üzrə ustad təlimlərin təşkili layihəsi” çərçivəsində təlimlər keçirilib

“MediaMən – jurnalistika üzrə ustad təlimlərin təşkili layihəsi” çərçivəsində təlimlər keçirilib

Müəllif: Anar
//
05 fevral 2016
//
---
//

“MediaMən – jurnalistika üzrə ustad təlimlərin təşkili layihəsi” çərçivəsində təlimlər keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “MediaMən – jurnalistika üzrə ustad təlimlərin təşkili layihəsi” çərçivəsində təlimlər keçirilib.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi gənclər və KİV sahəsində çalışan gənc media nümayəndələri üçün peşəkar media təlimləri və ustad dərsləri təşkil etməkdir.

Bakıda keçirilən təlimlərə jurnalistikaya həvəsi olan 20-dən çox gənc qatılıb, təlimlərdə jurnalistikaya dair bilik və bacarıqlar öyrədilib. Üç ay davam edən layihə boyunca iştirakçılar təlimlərdə əldə etdikləri bilik və bacarıqları www.mediaman.az saytı vasitəsilə tətbiq etmək imkanı qazanıblar.

Layihənin uğurlu icra olunmasında Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi və Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyi təşkilati dəstək nümayiş etdirib.
Xəbər Lenti Giriş Populyar Reklam