Lənkəranda bayram yarmarkası keçirilib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» Lənkəranda bayram yarmarkası keçirilib

Lənkəranda bayram yarmarkası keçirilib

Müəllif: Anar
//
27 Aralık 2012
//
---
//

Lənkəranda bayram yarmarkası keçirilib

Bu gün Lənkəran şəhərinin dəmiryol vağzalyanı meydanında Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə ərzaq və kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilib.

xeberleragentliyi.com-un bölgə müxbiri Allahyar Kərimovun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşəbbüsü ilə gerçəkləşən yarmarkada Bakı şəhərindən və respublikanın ayrı-ayrı rayonlarından 42 şirkət və istehsal müəssisəsinin 325 ton ərzaq və yeyinti məhsulları satışa çıxarılıb. Əhaliyə təklif olunan məhsulların qiyməti bazar qiymətlərindən 25-30% aşağı olub.

Lənkəran ŞİH başçısının iqtisadi məsələlər üzrə müavini İlkin Rəhimovun sözlərinə görə, satış-yarmarkanın keçirilməsində əsas məqsəd bazarlarda bayramqabağı süni qiymət artımının qarşısını almaq olub.

Qeyd edək ki, yarmarkada qiymətlərə ŞİH tərəfindən yaradılmış işçi qrupu nəzarət edib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam